Gəncədə BIÇAQLANMA: Ölən və yaralananlar var

Gəncədə BIÇAQLANMA: Ölən və yaralananlar var

Gəncə şəhərində restoran qarşısında başlayan kütləvi dava qanla bitib.

NOCOMMENT.ax xəbər verir ki, dava zamanı 1983-cü il təvəllüdlü Azər Yusifov aldığı bıçaq yarasından hadisə yerində dünyasını dəyişib.

Bundan başqa, 1995-ci il təvəllüdlü Rahib Bayramlı, 1998-ci il təvəllüdlü Tural İlyasov və onun həmyaşıdı Azamat Peşerskiy bıçaq xəsarətləri ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.

Qətli törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü M.Məmmədzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma başlanılıb./report.az/