Nikoldan Köçəryana: Kökünüzü kəsəcəyəm... - Video

Nikoldan Köçəryana: Kökünüzü kəsəcəyəm... - Video

Ay qaçıb aradan çıxanlar, sizin ümumiyyətlə burada nə işiniz var? Bunlar kimlərdir axı, gəlib indi isə mənə barmaq silkələyirlər. Qarabağın yalançı elitası, hamınız rədd olun buradan. Siz kimsiniz axı?

NOCOMMENT.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan seçkiqabağı təbliğat kampaniyasındakı çıxışında deyib.

“Buna bax, deyir Artur Osipyanam (2023-cü ildən öncə Qarabağda məskunlaşmış erməni, o zaman Qarabağda Paşinyanı dəstəkləyən şəxs olub). Başınızı divara vurun, gedib övladlarımızın yerinə siz həlak olardınız. Talançı heyvanlar. Siz Qarabağ xalqını da girov götürmüşdünüz, bəli girov götürmüşdünüz. İndi gəlib Qarabağ məsələsini qaldırırsınız. Əgər siz belə Qarabağ məsələsi qaldıransınızsa, onda gedib həlak olardınız. Niyə sağsınız ümumiyyətlə? Axı siz nə üçün sağsınız. Sən nə üçün sağsan ki, axı indi də gəlib 5 min nəfər qurban barədə danışırsan mənimlə, ay alçaq? Bəs indi Şahramanyan (Qarabağ separatçılarının keçmiş lideri Samvel Şahramanyan – red.) nə üçün sağdır, hələ o birilər? Nə üçün ölmədilər? İndi isə gəlib deyirlər ki, 5 min qurban gedib. Kim sizi qoruyub saxlayır ümumiyyətlə ay şərəfsizlər. Qarabağın yalançı elitasından heç kim deməsin ki, bəs Qarabağ məsələsi filan... İndi Ermənistanda Qarabağın “milli məclisi” var, Ermənistanda isə Qarabağ “hökuməti” var. Hamısını kökündən təmizləyəcəm. Vaxtında mübarizə aparardınız, ay qaçıb aradan çıxanlar, indi mübarizə aparmaq vaxtı deyil. Konkret bax, bunun kimilər, (Artur Osipyan) gəlib indi burada mənə barmaq silkələməyə cəsarət etməyin”, - Paşinyan bildirib.

Erməni baş nazir keçmiş prezidentlər – Robert Köçəryan və Serj Sərkisyana da xəbərdarlıq edib:

“Robi (Robert Köçəryan), Serj (Serj Sərkisyan), Kaluqatsu (Samvel Karapetyan), Qaqonun (Qagik Çarukyan) rəhbərlik etdiyi Qarabağın yalançı elitasına deyirəm: sizin kökünüzü kəsəcəm Ermənistandan. Alçaqlar, siz nə üçün sağsınız ümumiyyətlə. Siz açıqlama verməlisiniz ki, siz nə üçün sağsınız. Hələ bir də gəlib 5 min qurban deyirsiniz. Nə üçün qurban 5 min olub? Siz nə üçün o qurbanların içində deyilsiniz, alçaqlar? İndi Osipyan deyir ki, sən gərək məni... Sən kimsən axı, sən kimsən ki, mən səni tanımalıyam?”\\axar.az