Paşinyan Azərbaycanla bağlı bu xəbəri ilk dəfə AÇIQLADI - Şimaldan...

Paşinyan Azərbaycanla bağlı bu xəbəri ilk dəfə AÇIQLADI - Şimaldan...

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası prosesinin növbəti mərhələləri ilə bağlı mühüm açıqlama verib. Baş nazir bildirib ki, tərəflər arasında delimitasiya işlərinin şimaldan cənuba doğru ardıcıllıqla davam etdirilməsinə dair razılıq mövcuddur.

NOCOMMENT.az xəbər verir ki, Paşinyan delimitasiya prosesinin artıq möhkəm hüquqi bazaya söykəndiyini vurğulayıb. O qeyd edib ki, 2024-cü ilin avqustunda imzalanmış və oktyabrda ratifikasiya olunmuş delimitasiya komissiyalarının birgə fəaliyyəti haqqında əsasnaməyə uyğun olaraq, Alma-Ata bəyannaməsi əsas prinsip kimi qəbul edilib.

"Bu o deməkdir ki, Ermənistan və Azərbaycan Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasında mövcud olmuş sərhədin iki ölkə arasında dövlət sərhədi kimi yenidən qeydiyyata alınması barədə razılığa gəliblər", — deyə Baş nazir əlavə edib. Bu açıqlama sərhədlərin müəyyənləşməsi prosesində SSRİ dövründəki inzibati xəritələrin əsas götürüləcəyini bir daha təsdiqləyir.

Sara,
NOCOMMENT.az