Paşinyan BƏYAN ETDİ: Sülh sazişi imzalanacaq

Paşinyan BƏYAN ETDİ: Sülh sazişi imzalanacaq

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanacağını bəyan edib.

NOCOMMENT.az “Report”a istinadla xəbər verir ki, o, bu barədə “Ermənistanın diplomatiya günü”nə həsr olunmuş tədbirdə deyib.

“Gündəlikdə regional kommunikasiyaların açılması, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası, həmçinin Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məsələləri var”, – Baş nazir vurğulayıb.

Xatırladaq ki, ikinci Qarabağ müharibəsində hərbi əməliyyatların dayandırılması ilə bağlı 2020-ci ilin 10 noyabrında Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli bəyanat imzalanıb.