Paşinyan: Dünya status iştahımızı azaltmağa çağırır

Paşinyan: Dünya status iştahımızı azaltmağa çağırır

Beynəlxalq birlik, ümumiyyətlə, bütün dünya Ermənistanı Qarabağın statusu məsələsində geri çəkilməyə, iştahımızı azaltmağa çağırır. Əks təqdirdə, beynəlxalq ictimaiyyət ondan ümid gözləməməyi xahiş edib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan bölüşüb.

O qeyd edib ki, Azərbaycanın təklif etdiyi sülh sazişi təkliflər paketində Ermənistanı qane etməyən heç bir şey yoxdur.

“Ermənistan hələ 1992-ci ildə Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıyıb. İndi bizim əsas istəyimiz Qarabağda yaşayan ermənilərə təhlükəsizlik zəmanətinin verilməsidir”, – deyə o qeyd edib.