Paşinyan: Əsas məsələ Laçın dəhlizi böhranıdır – VİDEO

Paşinyan: Əsas məsələ Laçın dəhlizi böhranıdır – VİDEO

Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, Rusiya prezidenti Vladimir Putinlə bu gün keçirilən ikitərəfli görüşdə əsas müzakirə obyekti Laçın dəhlizindəki böhrandır.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, Baş nazir rusiya liderinə dəhlizin sülhməramlı qüvvələrin nəzarətində olmamasından gileylənib.

“Təxminən 20 gündür ki, Laçın dəhlizi bağlanıb və bu, Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarının məsuliyyət zonasında baş verib”, – deyə Paşinyan vurğulayıb.

O xatırladıb ki, üçtərəfli bəyanata əsasən, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altında olmalıdır və Azərbaycan sərnişinlərin və yüklərin maneəsiz keçidinə zəmanət verib.

“Amma belə çıxır ki, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altında deyil. Və təbii ki, mən bu vəziyyəti, onun həlli üçün hansısa variantları müzakirə etmək istərdim”, – deyə Ermənistanın Baş naziri bildirib.

Paşinyan qəbula görə Rusiya liderinə təşəkkür edib və MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşünün yaxşı ənənəyə çevrildiyini qeyd edib.