Paşinyan Putinə elə sözlər dedi ki: "Evliliklə qarışdırır..."

Paşinyan Putinə elə sözlər dedi ki: "Evliliklə qarışdırır..."

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında seçimini “sivil boşanma” adlandırmasına münasibət bildirib. Paşinyan rəsmi Moskvadan gələn bu xarakteristikanın dövlətlərarası münasibətlərin mahiyyətinə uyğun olmadığını vurğulayıb.

NOCOMMENT.az xəbər verir ki, Ermənistanın hökumət başçısı məsələyə fərqli yanaşaraq bunları deyib: “Biz dövlətlərarası münasibətləri evliliklə qarışdırırıq. Ermənistan öz xarici siyasətində ailə bağları ilə deyil, dövlətlərarası məntiqlə hərəkət edir”.

Paşinyan hazırda Ermənistanın Aİİ-nin “tamhüquqlu üzvü” olaraq qaldığını və bütün qərarların qəbulu prosesində iştirakını davam etdirəcəyini təsdiqləyib. Putinin təklif etdiyi referendum məsələsinə də toxunan Baş nazir bildirib ki, inteqrasiya istiqaməti ilə bağlı səsvermə yalnız “obyektiv zərurət” yarandığı təqdirdə keçirilə bilər, hazırda isə belə bir ehtiyac mövcud deyil.

Sara,
NOCOMMENT.az