Paşinyan: Sülh sazişi bu sənəd əsasında imzalansın

Paşinyan: Sülh sazişi bu sənəd əsasında imzalansın

Azərbaycanla münasibətlərin uzunmüddətli nizamlanması üçün sülh müqaviləsinin imzalanmasını zəruridir.

NOCOMMENT axar-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla görüşündən sonra mətbuata açıqlamasında deyib.

Paşinyanın sözlərinə görə, bu sənəd MDB-nin 1991-ci il 8 dekabr tarixli sazişi çərçivəsində sərhədlərin qarşılıqlı tanınması əsasında imzalanmalıdır:

“Ermənistan ölkələrin milli qanunvericiliyinə uyğun olaraq regionda kommunikasiyalar açmağa və yeni kommunikasiyalar qurmağa hazırdır”, – deyə Paşinyan Parisdə Fransa prezidenti Emmanuel Makronla birgə mətbuat konfransında bildirib.