Paşinyan və Putin Qarabağı müzakirə ediblər

Paşinyan və Putin Qarabağı müzakirə ediblər

Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Liderlər 1997-ci il avqustun 29-da Moskvada imzalanmış Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım haqqında Müqavilənin imzalanmasının 25-ci ildönümü münasibətilə təbriklər mübadiləsi aparıblar. Tərəflər Ermənistan-Rusiya müttəfiqlik münasibətlərinin müxtəlif sahələri və aspektləri əhatə etməklə bundan sonra da inkişaf edəcəyinə əminliklərini bildiriblər.

Liderlər ikitərəfli əməkdaşlığın mütərəqqi inkişafını qeyd ediblər.

Bildirilib ki, tərəflər Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər.

Telefon danışığında Qarabağ mövzusuna toxunan Paşinyan və Putin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların bəndlərinin ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıblar.