Rusiya Prezidenti Vladimir Putin jurnalist Darya Duqinanı ölümündən sonra “Cəsarət” ordeni ilə təltif edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Peşəkar borcunu yerinə yetirərkən göstərdiyi cəsarət və fədakarlığa görə, Darya Aleksandrovna Duqin (ölümündən sonra) “Cəsarət” ordeni ilə təltif edilsin”, – sərəncamda deyilir.












