Putin İrana gəldi – Prezidentlər görüşəcəklər

Putin İrana gəldi – Prezidentlər görüşəcəklər

Rusiya prezidenti Vladimir Putinin təyyarəsi bir qədər əvvəl Tehrana enib, burada Rusiya liderinin İran rəhbərliyi ilə bir sıra görüşləri, eləcə də Türkiyənin iştirakı ilə üçtərəfli danışıqları planlaşdırılıb.

NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, Putin əvvəlcə İran prezidenti İbrahim Rəisi, daha sonra ali dini lider Əli Xamenei ilə görüşəcək.

Daha sonra Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla ayrıca danışacaq.

Bunun ardınca Rusiya-İran-Türkiyə formatında danışıqlar aparılacaq.

Görüşdən sonra ölkələrin prezidentləri bəyanatla çıxış edəcəklər.