Rusiya prezidenti Vladimir Putin Qərbin hərbi büdcələri artırmasını və radikal militarizasiya kursunu sərt tənqid edib.
NOCOMMENT.az xəbər verir ki, Putin Qərb ölkələrinin müharibəyə hazırlıqla bağlı açıq bəyanatlarını tənqid edərək, bunun üçün "rus hərbi təhdidi" kimi bəhanələrdən istifadə edildiyini bildirib.
"Demokratik Qərb" adlandırılan tərəfin fəaliyyət sxeminin çox sadə olduğunu qeyd edən dövlət başçısı deyib: "Əvvəlcə Rusiya üçün təhdidlər yaradılır, ölkəni özünümüdafiə tədbirlərinə məcbur edirlər, sonra isə Moskva bütün dünyada günahkar elan edilir. Bu, onların öz aqressiv siyasətlərini davam etdirmək üçün istifadə etdikləri bir metodologiyadır".
Putin mövzu ilə bağlı tarixi paralellərə də toxunub. O, 22 iyun 1941-ci il tarixini xatırladaraq, nasist Almaniyasının SSRİ-yə hücum etdikdən sonra belə, məsuliyyəti Stalin və Sovet İttifaqının üzərinə atmağa çalışdığını vurğulayıb. Rusiya prezidentinin sözlərinə görə, bugünkü Qərb liderlərinin ritorikası həmin dövrün təbliğat metodlarına bənzəyir.
Əli Səfərli,
NOCOMMENT.az












