Rusiya Federasiyasında qismən səfərbərlik elan olunub.
NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin televiziya vasitəsilə xalqa müraciətində bildirib.
Qeyd edək ki, Putin Ukraynada müharibə başlayandan sonra ikinci dəfə xalqa müraciət edib.











