“Rusiya Ukrayna ilə yüksək səviyyədə danışıqlara hazırdır”.
NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Çinin sədri Si Szinpinlə telefon danışığında bildirib.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 25-də müraciətində Rusiya Prezidenti Vladimir Putini danışıqlar masasına oturmağa çağırmışdı.











