Putin və Paşinyan telefonla Qarabağı müzakirə etdi

Putin və Paşinyan telefonla Qarabağı müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutan danışıqda dövlət başçıları Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər.

Kremldən bildirilib ki, tərəflər Rusiya sülhməramlılarının regionda sabitliyin təmin edilməsindəki rolunu xüsusilə qeyd ediblər.

“Dağlıq Qarabağ ətrafındakı vəziyyətin müzakirəsi davam etdirilib. Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin ardıcıl icrasının vacibliyi təsdiqlənib. Eyni zamanda, Rusiya sülhməramlı kontingentinin regionda sabitliyin təmin edilməsində rolu qeyd edilib”, – deyə Kremlin rəsmi məlumatında bildirilib.

Danışıq zamanı Rusiya ilə Ermənistan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının bəzi aktual məsələlərinə də toxunulub.