Putindən MDB liderlərinə Yeni il hədiyyəsi – Peskov açıqladı

Putindən MDB liderlərinə Yeni il hədiyyəsi – Peskov açıqladı

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov MDB ölkələrinin liderlərinə hədiyyə edilən üzükləri Yeni il suvenirləri adlandırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Müstəqil Dövlətlər Birliyinin Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammitində MDB ölkələrinin rəhbərlərinə Birliyin rəmzləri olan üzüklər hədiyyə edilib.

“Bu, sadəcə olaraq, belə bir Yeni il suveniridir, bunda xüsusi bir şey yoxdur”, – deyə Peskov bildirib.

Həmçinin, Kremlin sözçüsü Rusiya Prezidenti Vladimir Putinin bu bəzəyi taxıb-taxmayacağı sualına mənfi cavab verib.

Dekabrın 26-27-də Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammiti keçirilib.
Publika.az