“Qarabağ Azərbaycan Respublikasının bir hissəsidir” – İRAN

“Qarabağ Azərbaycan Respublikasının bir hissəsidir” – İRAN

“İran İslam Respublikası Qarabağ Azərbaycan Respublikasının bir hissəsi hesab edir. Onun problemləri, o cümlədən onun sakinlərinin hüquq və təhlükəsizliyi bu çərçivədə və dialoq yolu ilə həll olunmalıdır”.

NOCOMMENT.az “İRNA”ya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanaani deyib.

Kənani mübahisələrin sülh yolu ilə həllinin təşviqində regional ölkələrin rolunu bir daha vurğuladı və İranın bununla bağlı 3+3 formatında görüş keçirməyə hazır olduğunu xatırladıb.