Ceffri Epşteyn (Jeffrey Epstein) işi ətrafında müzakirələr hələ də davam edir. Bu hadisənin diqqət çəkən əsas cəhəti onun təkcə bir şəxsin azyaşlıların cinsi istismarı və insan alveri ilə bağlı cinayət işi kimi deyil, daha geniş və mürəkkəb bir sistemin mümkün ifşası kimi dəyərləndirilməsidir.
Epşteyn uzun illər ərzində azyaşlıların cinsi istismarı və insan alveri ilə bağlı ittihamlarla gündəmdə olmuş, iki böyük hüquqi prosesdən keçmiş bir fiqurdur. İlk dəfə 2008-ci ildə federal səviyyədə ona qarşı irəli sürülən ittihamlar ictimaiyyətə məlum olmuşdu. Lakin 2019-cu ildə yenidən federal ittihamlarla həbs edilməsi və həmin ilin avqustunda həbsxanada ölü tapılması bu işi daha da dərin və mübahisəli hala gətirdi.
2019-cu ildən sonra ABŞ Ədliyyə Nazirliyi və Konqresin müvafiq strukturları tərəfindən “Epstein Files” adı altında milyonlarla səhifəlik sənəd, minlərlə foto və video material mərhələli şəkildə ictimaiyyətə açıldı. Bu sənədlərə Epşteynin elektron yazışmaları, uçuş qeydləri, uçuş planları, şəxsi qeydlər və müxtəlif sübut materialları daxildir. Sənədlərin açıqlanmasında əsas məqsəd azyaşlıların cinsi istismarı və insan alveri şəbəkəsinin miqyasını, strukturunu və mümkün əlaqələrini araşdırmaqdır.
Açıqlanan materiallar Epşteynin və onun çevrəsinin azyaşlıların cinsi istismarı və insan alveri ilə bağlı strukturlaşdırılmış fəaliyyətlərdə iştirak etdiyini təsdiqləyir. Bu fəaliyyətlərə ölkələrarası səyahətlər, xüsusi təyyarələrlə həyata keçirilən uçuşlar, müxtəlif şəxslərlə yazışmalar və foto-video materiallar daxildir. Bununla belə, sənədlərin şərhi zamanı kontekstin qorunması və hüquqi ehtiyatlılıq vacibdir.
Epşteynin xüsusilə Yaxın Şərq, Mərkəzi Asiya və Cənub-Şərqi Asiya regionlarına maraq göstərməsi ilə bağlı müxtəlif iddialar səsləndirilir. Bu iddialara əsasən, həmin regionlardan olan uşaqların insan alveri yolu ilə istismara cəlb edilib. Qeyd etmək vacibdir ki, rəsmi şəkildə açıqlanmış “Epstein Files” sənədlərində konkret ölkə adlarını birbaşa təsdiqləyən açıq sübutlar mövcud deyil. Bununla belə, sosial şəbəkələrdə yayılan və tam təsdiqlənməmiş bəzi görüntülər bu mövzuda müzakirələri yenidən alovlandırıb.
Epşteynin bu regionlara mümkün marağı qaçırılan uşaqların ingilis dili bilməməsi ilə bağlıdır. Bundan başqa həmin bölgələrdə sosial-iqtisadi vəziyyətin ağır olmasıda mühüm detaldır. Belə ki, Epşteyn çoxuşaqlı yoxsul və sosial müdafiə mexanizmlərinin zəif oldu ölkələrə xüsusi rəğbət göstərir buradakı dostları vasitəsi ilə hədəf ailələr ilə təmasa keçib uşaqları ya satın alır ya da qaçırırdı. Müxtəlif ölkələrdə valideynlərin maddi çarəsizlik səbəbilə övladlarını satması və ya “daha yaxşı həyat” vədi ilə üçüncü şəxslərə verməsi halları beynəlxalq hesabatlarda da qeyd olunub.
Digər bir iddia isə Epşteynin beynəlxalq əlaqələrindən sui-istifadə edərək münaqişə zonalarında fəaliyyət göstərən terror təşkilatları ilə dolayı yollarla təmasda olması ehtimalıdır. Suriya, Liviya, Əfqanıstan və Yəmən kimi ölkələrdə vətəndaş müharibələri və silahlı toqquşmalar zamanı uşaqların qaçırılması və alver obyekti olması faktları beynəlxalq təşkilatlar tərəfindən sənədləşdirilib. Lakin bu kontekstdə Epşteyn in konkret olaraq bu təşkilatlarla birbaşa əlaqəsini təsdiqləyən rəsmi sübutlar mövcud deyil və bu məsələ iddia səviyyəsində qalır.
Üçüncü iddia bəzi avtoritar rejimlərlə bağlıdır. Keçmişdə hakimiyyətdə olmuş və müxaliflərinə qarşı sərt repressiyalar həyata keçirmiş liderlərin məsələn, Müəmmər Qəddafi, Səddam Hüseyn və Bəşər Əsəd rejimləri ilə bağlı rəqiblərin ailə üzvlərinin, o cümlədən uşaqların taleyi ilə bağlı müxtəlif şayiələr mövcuddur. Bu uşaqların Epşteyn in şəbəkəsinə verilməsi ilə bağlı iddialar irəli sürülsə də, bunlar da indiyədək hüquqi müstəvidə sübuta yetirilməyib.
Dördüncü və ən həssas iddialardan biri Epşteynin erməni lobbiləri ilə əlaqələri və bu kontekstdə Qarabağ müharibəsi zamanı əsir götürülmüş uşaqlarla bağlıdır. Bu iddialara əsasən, birinci Qarabağ müharibəsi dövründə əsir alınmış uşaqların və sonradan əsirlikdə doğulan körpələrin insan alveri şəbəkələrinə ötürülməsi ehtimalı irəli sürülür. Lakin bu məsələlər üzrə də beynəlxalq məhkəmələrdə və ya rəsmi istintaqlarda təsdiqlənmiş hüquqi sübutlar yoxdur və mövzu ciddi araşdırma tələb edir.
Nəticə etibarilə, qeyd etmək lazımdır ki, yuxarıda sadalananların böyük hissəsi iddia və ehtimallar səviyyəsindədir. Bununla belə, “Epstein Files” sənədlərinin tam şəkildə araşdırılması fonunda gələcəkdə daha ciddi faktların ortaya çıxması ehtimalı istisna edilmir.
Politoloq Turan Rzayev












