“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə aparıcı Heydər İsmayıl arasında gərginlik yaşanıb.
NOCOMMENT.az xəbər verir ki, ADP sədri Sərdar Cəlaloğlu MedyaTürk TV efirində çıxışı zamanı təhrifə yol verərək, Rauf Arifoğlunu Milli Şura qurucularından biri kimi təqdim edib və onun da istintaqa cəlb olunmasını tələb edib.
Onun bu yanlış iddiasına aparıcı Heydər İsmayılın reaksiya verməməsi Rauf Arifoğlunu qəzəbləndirib.
Rauf Arifoğlu Sərdar Cəlaloğlunun açıqlamasını təkzib edib:
“Sərdar Cəlaloğlu MedyaTürk TV efirində çıxışı zamanı bir sıra faktları təhrif edib və mənim adımın da bu mövzuda yanlış şəkildə hallandırıb. O, iddia edir ki, guya mən Milli Şuranın qurucularından olmuşam və bu gün istintaqa cəlb olunmalı şəxslər sırasında mənim də adım çəkilməlidir. Bu fikir tamamilə yalan və əsassızdır, ictimaiyyət üçün dəqiqləşdirilməlidir.
Mən Milli Şuranın qurucusu olmamışam və həmin layihənin yaradılmasına 2013-cü ildə açıq şəkildə qarşı çıxmışam”.
Sərdar Cəlaloğlunun efirdə faktları təhrif etməsi, aparıcının da buna müdaxilə etmədən səslənən yanlışlıqları efirdə sərbəst buraxmasına təəssüfləndiyini bildirən R.Arifoğlu, aparıcıya gərgin tonda, “Məndən nə istəyirsiz..?”, – deyərək cavab verib.
Rauf Arifoğluyla aparıcı arasında GƏRGİN ANLAR – Efirdə söz davası – Media Türk TV #trend #shortsvideo #mediaturktv pic.twitter.com/sbLyBOwdxs
— Media Turk TV (@MediaTurkTV) December 4, 2025












