Rusiya səfiri Şuşaya SƏFƏR ETDİ

Rusiya səfiri Şuşaya SƏFƏR ETDİ

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov ölkəmizin mədəniyyət paytaxtı Şuşada olub.

NOCOMMENT xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov tviter hesabında bildirib.

Qonaq Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə birlikdə şəhərlə, onun tarixi və gələcək inkişaf planları ilə tanış olub.

Diplomat işğalçılar tərəfindən dağıdılmış mədəniyyət və memarlıq abidələrinin vəziyyəti ilə əyani tanış olub.