“Rusiya Ukrayna taxılı ilə bağlı Kiyev və Ankara ilə danışıqlar prosesinə hazırdır”.
NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Biz ukraynalı və türkiyəli həmkarlarımızla danışıqlara hazırıq”, – deyə Lavrov söyləyib.
Onun sözlərinə görə, hərbi-dəniz qüvvələri Qara dəniz limanlarından taxılın çıxarılması məsələsi ilə bağlı danışıqlarda açar rol oynayırlar.










