Dövlətə xəyanətdə təqsirli bilinən eks-prezident Viktor Yanukoviç indi Minskdədir. O, xüsusi əməliyyata hazırlanır.
NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə “Ukrainskaya Pravda” Ukrayna kəşfiyyatındakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, onu orada Ukrayna Prezidenti elan etməyə çalışacaqlar: “Kreml yaxın vaxtlarda eks-prezident Yanukoviçin Ukraynaya qayıtmasını və ya onun adından Ukrayna xalqına müraciət üçün xüsusi əməliyyat apara bilər. Bu barədə siqnallar var”.












