Rusiyadan Finlandiya və İsveçə daha bir xəbərdarlıq

Rusiyadan Finlandiya və İsveçə daha bir xəbərdarlıq

“Finlandiya və İsveçin NATO-ya qoşulması səhv addım olardı”.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Ryabkov Finlandiya və İsveçin NATO-ya üzvlüklə bağlı qərarlarını ciddi fəsadları olacaq səhv adlandırıb: “Onlar bizim bununla barışacağımızı düşünürlərsə, yanılırlar”.

Xatırladaq ki, Finlandiya hökuməti Rusiyanın xəbərdarlıqlarına məhəl qoymayaraq NATO-ya qoşulmaq niyyətində olduğunu bildirib. İsveçin hakim Sosial Demokrat Partiyası da ölkənin NATO üzvlüyünə dair ərizə vermək barədə qərar qəbul edib.