Mixail Saakaşvilinin səhhəti pisləşdiyi üçün bu gün keçirilən məhkəmə prosesində iştirak edə bilməyib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə onun vəkil Nika Qvaramiya məlumat yayıb.
Onun sölərinə görə, Saakaşvilinin hərəkətində problemlər var və nitq artikulyasiyası pozulub.
Hakim Nino Eliaşvili Saakaşvilinin səhhətinin vəziyyəti və ona göstərilən tibbi yardımla bağlı hərtərəfli məlumatın verilməsi üçün Xüsusi Penitensiar Xidmətə sərəncamla məktub göndəriləcəyini bildirib.
Saakaşvilinin ailə üzvləri onun ixtisaslı müalicə almaq üçün xaricdəki klinikaya köçürülməsini tələb edirlər.
Saakaşvilinin anası Giuli Alasaniya jurnalistlərə bildirib ki, bu tələb hakimiyyət tərəfindən yerinə yetirilməsə, bu gündən bütün Gürcüstanda müxalifət tərəfdarlarının kütləvi nümayişləri başlayacaq.












