Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və NATO-nun Baş katibi Yens Stoltenberq arasında görüş olacaq.
NOCOMMENT report-a istinadən xəbər verir ki, bu barədə alyans məlumat yayıb.
Görüş sabah Belçikanın paytaxtı Brüsseldə, NATO-nun mənzil-qərargahında keçiriləcək.












