İran parlamentinin spiker müavini Həmidrza Hacı Babayi ölkəsinin rəsmən dünyanın dördüncü fövqəldövlətinə çevrildiyini bəyan edib.
O, çıxışında strateji əhəmiyyətli Hörmüz boğazı üzərində tam nəzarəti vurğulayaraq bildirib ki, bu su yolu əbədi olaraq böyük İran millətinə məxsusdur və bundan sonra heç bir gəmi və ya neft tankeri İranın icazəsi olmadan buradan keçə bilməz.
NOCOMMENT.az xəbər verir ki, paralel olaraq İran ordusunun nümayəndəsi Məhəmməd Əkrəminiya da ordunun qələbəsi barədə açıqlama verib. Onun sözlərinə görə, müasir müharibələr qarşıya qoyulan məqsədlərə nail olunma dərəcəsi ilə qiymətləndirilir və düşmən tərəf öz niyyətlərinin heç birini gerçəkləşdirə bilmədiyi üçün hərbi müstəvidə həlledici məğlubiyyətə uğrayıb.
Sara,












