TƏCİLİ: Zelenskidən Rusiya ilə bağlı ŞOK QƏRAR

TƏCİLİ: Zelenskidən Rusiya ilə bağlı ŞOK QƏRAR

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə "Regional və ya Azlıq Dilləri üzrə Avropa Xartiyası"nın tətbiq olunduğu dillər siyahısından rus dilini çıxaran 4699-IX nömrəli qanunu imzalayıb.

NOCOMMENT.az xəbər verir ki, Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk bildirib ki, qəbul edilən qərar Ukraynanın dil məkanının qorunması və Avropa öhdəliklərinin yerinə yetirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, rus dili artıq Avropa Xartiyası çərçivəsində qorunan dillər siyahısına daxil deyil.

“Bu, son dərəcə ədalətli və məntiqli qərardır. Təcavüzkar dövlətin dili yerli xalqların və milli icmaların dillərini dəstəkləmək üçün yaradılmış qoruma mexanizmlərindən faydalana bilməz”, – deyə Stefançuk vurğulayıb.

Parlament sədri əlavə edib ki, Ukrayna dövlət dilini qorumaqla yanaşı, dil və mədəni müxtəlifliyə hörmətlə yanaşır və uzun illər ərzində Rusiya təsiri altında formalaşmış imtiyazların aradan qaldırılması istiqamətində addımlar atır.

Qanuna əsasən, bundan sonra Ukraynada Avropa Xartiyasının xüsusi qoruma və dəstək mexanizmləri yalnız Belarus, Bolqar, Qaqauz, Krım-tatar, Yunan, Alman, Polyak, Rumın, Slovak, Macar, Çex və İvrit dillərinə şamil ediləcək.

Ukraynalı deputat Volodimir Vyatroviç də bildirib ki, prezidentin imzasından sonra rus dili Ukrayna ərazisində Avropa Dillər Xartiyası çərçivəsində hər hansı hüquqi müdafiə statusunu tamamilə itirib.