Tokayevin Azərbaycana səfəri başa çatdı – FOTO

Tokayevin Azərbaycana səfəri başa çatdı – FOTO

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycan Respublikasına rəsmi səfəri avqustun 24-də başa çatıb.

NOCOMMENT.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.