ABŞ Prezidenti Donald Tramp İranın müharibəni dayandırmağa yönəlmiş son saziş layihəsinə verdiyi cavabı rədd edəcəyini açıqlayıb. Rəsmi Vaşinqtonun 10 gün boyu Tehranın qərarını gözlədiyini xatırladan Tramp, qarşı tərəfin mövqeyini kəskin tənqid edib.
NOCOMMENT.az xəbər verir ki, "Axios"a müsahibə verən Tramp İranın cavabını qeyri-adekvat adlandırıb: "Mənə onların məktubu xoş gəlmir. Bu, tamamilə yerində olmayan bir cavabdır". O, həmçinin əlavə edib ki, İran son 47 il ərzində bir çox ölkəni şantaj etməklə məşğul olub.
ABŞ lideri bazar günü İsrail Baş naziri Benyamin Netanyahu ilə "çox xoş bir söhbət" etdiyini təsdiqləsə də, maraqlı bir məqamı vurğulayıb. Tramp qeyd edib ki, İranla bağlı aparılan danışıqlar başqalarına deyil, "yalnız ona" aiddir və bu məsələdə əsas söz sahibi özüdür.
Sara,











