Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının bu gün keçiriləcək iclasında Ermənistanla əlaqələrin bərpası müzakirə ediləcək.
NOCOMMENT report-a istinadən xəbər verir ki, iclasda Ermənistanla münasibətlərdə qarşıdakı müddətdə atılacaq addımlarla bağlı fikir mübadiləsi aparılacaq. Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verəcək.
Bundan başqa, toplantıda Ukrayna-Rusiya gərginliyi, İsraillə əlaqələrin normallaşdırılması və terrorla mübarizə istiqamətində görülən işlər və bundan sonra atılacaq addımlar müzakirə olunacaq.












