Vatikan–Azərbaycan xəttində növbəti addım – Roma Papası Bakıya gələcək?

Vatikan–Azərbaycan xəttində növbəti addım – Roma Papası Bakıya gələcək?

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 9-da Vatikanda Müqəddəs Taxt-Tacın və Katolik Kilsəsinin başçısı Zati-müqəddəsləri Roma Papası XIV Leo ilə görüşüb.

Pontifikin şəxsi dəvəti ilə baş tutan audiensiyada Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycandakı dini konfessiya rəhbərləri – Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol Prefekturasının ordinarisi yepiskop Vladimir Fekete, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Alban-udi Xristian Dini İcmasının sədri Robert Mobili, Sefarad yəhudiləri Bakı dini icmasının rəhbəri Zamir İsayev iştirak ediblər.

QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və Azərbaycan xalqının səmimi salamlarını Papa XIV Leoya çatdırmaqdan böyük şərəf duyduğunu ifadə edib. Bundan başqa, Papa XIV Leo Azərbaycan Prezidenti tərəfindən ölkəmizə səfərə dəvət olunub.

Roma Papası XIV Leo Azərbaycana səfər edəcəkmi?

Turab Rzayev

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Turab Rzayev bildirib ki, Vatikan ilə Azərbaycan arasında hər zaman xüsusi münasibətlər olub:

“Hesab edirəm ki, bu, yeni hadisə deyil. Vaxtilə Ümummilli lider Heydər Əliyev dəfələrlə Vatikana səfər edib. Həmin dövrdə Roma Papası II İohann Pavel ölkəmizə səfər etmişdi və bu, çox ciddi rezonans doğurmuşdu. Hətta Vatikanın ölkəmizdə nümayəndəliyi də açılmışdı. İndi də bu münasibətlər davam edir.

Azərbaycan vaxtaşırı Vatikanda kilsələrin və dini abidələrin bərpası, qorunması üçün müxtəlif işlər görür. Eyni zamanda, Vatikan arxiv sənədlərinin araşdırılması, Azərbaycan tarixinə dair tədqiqatlar aparılması üçün xüsusi şərait yaradır. Hesab edirəm ki, növbəti papalar dövründə də qarşılıqlı ziyarətlər davam edəcək. Xüsusilə Papa XIV Leo da ölkəmizə səfər edə bilər”.

Atilla Rzasoy