XİN: Qondarma prezident seçkilərini tanımırıq

XİN: Qondarma prezident seçkilərini tanımırıq

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 10 aprel 2022-ci il tarixində Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma prezident seçkilərini, həmçinin onların nəticələrini tanımır.

Bu barədə NOCOMMENT-ə XİN-dən məlumat verilib.

“Azərbaycan Xarici İşlər Nazirliyi Tsxinvali məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir”, – deyə məlumatda qeyd olunub.