Xovayev sülh müqaviləsi üçün Bakıya GƏLDİ

Xovayev sülh müqaviləsi üçün Bakıya GƏLDİ

Bu günlərdə Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Bakıya səfər edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib.

O qeyd edib ki, rusiyalı diplomat Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması perspektivlərini müzakirə etmək üçün Bakıya gəlib.

Zaxarovanın sözlərinə görə, yaxın vaxtlarda Xovayev bu məqsədlə İrəvana səfər etməyi planlaşdırır.