Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Kambocada XİN rəhbəri Sergey Lavrova qarşı təxribat cəhdindən danışıb.
NOCOMMENT modern-ə istinadən xəbər verir ki, Zaxarovanın sözlərinə görə, tədbirin keçirildiyi binanın çıxışında özünü jurnalist kimi təqdim edən qadın Lavrovun yanına qaçaraq telefonu ilə nazirə toxunmağa cəhd edib.
“Bu, açıq-aydın təxribat idi”, – deyə Zaxarova bildirib.
Onun sözlərinə görə, qadından hansı medianı təmsil etdiyini öyrənməyə çalışıblar, lakin cavab ala bilməyiblər: “Yəqin ki, xatırlayırsınız ki, həm ATƏT çərçivəsində, həm də bəzi beynəlxalq Qərb forumlarında jurnalistlərin belə hücumları olub”.












