İmişlidə FACİƏ: uşaq velosipedlə traktorun altında qaldı

İmişlidə FACİƏ: uşaq velosipedlə traktorun altında qaldı

İmişlidə azyaşlı uşaq velosepedlə traktorun altında qalaraq ölüb.

NOCOMMENT.az xəbər verir ki, hadisə İmişli rayonunun Rəsullu kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2021-ci il təvəllüdlü Xəlilov Ömər Rəşid oğlu velosipedlə hərəkətdə olarkən traktora dəyib.

Ağır xəsarət alan azyaşlı xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.