Zelenskidən ŞOK AÇIQLAMA: "Rusiya Azərbaycanda..."

Zelenskidən ŞOK AÇIQLAMA: "Rusiya Azərbaycanda..."

Qonşu ölkələrdə baş verən siyasi proseslər və müstəqillik meyilləri Kremlin postsovet məkanındakı mövqelərinə ciddi zərbə vurmaqdadır. Rusiya son zamanlar beynəlxalq arenada bir sıra ciddi siyasi geriləmələrlə üzləşib və müxtəlif regionlarda strateji təsir imkanlarını sürətlə itirir.

NOCOMMENT.az nüfuzlu "The Guardian" qəzetinə istinadla xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski öz "Telegram" kanalında yayımlanan müsahibəsində bildirib.

Ukrayna dövlət başçısının sözlərinə görə, Rusiyanın digər suveren dövlətlər üzərindəki siyasi təsir mexanizmləri artıq zəifləmək üzrədir: "Azərbaycan tamamilə müstəqildir. Ermənistanda keçirilən parlament seçkiləri isə bu ölkənin müstəqilliyi üçün çox böyük bir uğurdur. Mən həmçinin hesab edirəm ki, ruslar Moldovanı da tamamilə itiriblər".

Zelenski vurğulayıb ki, Moskva artıq Avropada və postsovet məkanında əvvəlki dominant mövqeyini qorumaq iqtidarında deyil. Onun fikrincə, Rusiyanın fərqli ölkələrdəki təsir rıçaqlarını saxlamaq cəhdləri uğursuzluğa düçar olur və rəsmi Kremlin yürütdüyü xarici siyasət kursu onu beynəlxalq müstəvidə daha da təcrid edir.

Ukrayna Prezidenti regiondakı geosiyasi dəyişikliklərə və seçki proseslərinə diqqət çəkərək əlavə edib ki, Moskvanın qonşu dövlətlərdə zəifləməsi Rusiyanın qlobal siyasətdəki ümumi çəkisinə də mənfi təsir göstərir. O, Ukraynanın gələcəkdə Avropa İttifaqına daxil olmasının Rusiya daxilindəki müxtəlif etnik qruplar, xüsusilə Qafqaz xalqları arasında daxili problemlərə və uzunmüddətli ciddi siyasi nəticələrə yol açacağını iddia edib.

Sara,
NOCOMMENT.az