SOCAR-ın tabeliyində olan bu xəstəxana ləğv olunurbackend

SOCAR-ın tabeliyində olan bu xəstəxana ləğv olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

SOCAR-ın Sosial İnkişaf İdarəsi səhiyyə departamentinin tabeçiliyində olan “Lənkəran Müalicə-Diaqnostika Mərkəzi” (MDM) ləğv olunur.

NOCOMMENT.az xəbər verir ki, ləğv olunan “Lənkəran Müalicə-Diaqnostika Mərkəzi” “Lənkəran rayon Mərkəzi Xəstəxanası”na birləşdiriləcək.

Məlumat üçün bildirək ki, 2006-cı ildən fəaliyyət göstərən “Lənkəran Müalicə-Diaqnostika Mərkəzi”ndə məsləhət-diaqnostika poliklinikası, qəbul, şüa diaqnostikası, hemodializ, cərrahiyyə, anesteziologiya və reanimasiya şöbələri fəaliyyət göstərir.
Yeniavaz.com