Şok iddia: Verilişdən sonra Pənah Hüseyn Tofiq Abbasovu şapalaqlayıbbackend

Şok iddia: Verilişdən sonra Pənah Hüseyn Tofiq Abbasovu şapalaqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rauf Arifoğlunun moderatorluq etdiyi “Dərin təhlil” verilişində ötən gün baş verən insident böyük rezonans doğurdu. Politoloq Tofiq Abbasovun opponenti, keçmiş baş nazir Pənah Hüseynə fiziki təzyiq göstərməsi səs-küysüz ötüşmədi. İctimai-siyasi xadimlər, jurnalistlər T.Abbasovu özündən bir neçə yaş böyük olan opponentinə əl qaldırdığına görə qınadılar.

NOCOMMENT xəbər verir ki, tərəflər arasında qarşıdurma bununla yekunlaşmayıb. Tofiq Abbasovla Pənah Hüseyn verilişdən sonra yenidən əlbəyaxa olublar.

Bu barədə bu gün Müsavat TV-nin qonağı olan tanınmış jurnalist Əvəz Zeynallı məlumat verib.

Əvəz Zeynallı deyib ki, verilişdən sonra Pənah Hüseynlə görüşərək bu məsələni müzakirə ediblər: “Pənah bəyin başına gələnlərə görə çox üzüldüm. Eşitdiyimə görə, verilişdən sonra onlar yenidən dalaşıblar və Pənah Hüseyn Tofiq Abbasovu yaxşıca şapalaqlayıb”.