Son 24 saatda Çində və Cənubi Koreyada aşkarlanan yoluxma SAYIbackend

Son 24 saatda Çində və Cənubi Koreyada aşkarlanan yoluxma SAYI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son bir gündə Çində 11, Cənubi Koreyada 16 yeni koronavirus hadisəsi aşkar edilib.

NOCOMMENT.az xarici mətbuata istinadən xəbər verir ki, Çin Milli Səhiyyə Komissiyası xaricdən gələn 11 yeni yoluxmanın aşkarlandığını bildirib.
Açıqlamada 10 hadisənin ölkənin şimalındakı Daxili Monqolustan bölgəsinə gələn insanlarda təsbit edildiyi bildirilib.
Qeyd edək ki, Çində qeyd edilən 82 min 985 Covid-19 infeksiyası 4 min 634 insanın ölümünə səbəb olub.

Cənubi Koreya Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin verdiyi açıqlamada son 24 saat ərzində ölkədə aşkarlanan 16 yoluxmadan 3-nün xaricdən gəldiyi bildirilib.
Cənubi Koreyada isə 11 206 adamda aşkarlanan Covid-19 infeksiyasından 267 adam həyatını itib.