SON DƏQİQƏ: Ermənilər Xocavənd istiqamətində HÜCUMA KEÇDİLƏR – VİDEObackend

SON DƏQİQƏ: Ermənilər Xocavənd istiqamətində HÜCUMA KEÇDİLƏR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün səhər saat 11:35 radələrindən etibarən Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində atışma başlayıb.

NOCOMMENT kaim.az-a istinadən xəbər verir ki, bu barədə erməni tərəfi məlumat yayıb.

Ermənilər iddia edirlər ki, atışmaya guya, Azərbaycan Ordusunun bölmələri başlayıblar. Lakin bölgədən gələn xəbərlərdə deyilir ki, düşmən bu gün səhər saatlarında bölmələrimizə qarşı təxribata cəhd edib. Belə ki, onlar Qırımızı Bazar qəsəbəsində xidmət edən əsgərlərimizin mövqelərini atəşə tutublar. Təxribatın qarşısını almaq və düşməni susdurmaq üçün cavab tədbirləri görülür.

Məlumatlara görə, hazırda da atışma davam edir. Həmin hadisə ilə bağlı teleqram kanallarında video yayılıb. Onu təqdim edirik.