“Son zəng” günü məzunlar qəzaya düşdülər – VİDEObackend

“Son zəng” günü məzunlar qəzaya düşdülər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, Cəlilabadın Göytəpə şəhərində “Son zəng” günü içində məzunlar olan VAZ-2107 markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən yol-nəqliyyat hadisəsi zamanı heç bir avtomobilin sükanı arxasında məktəbli, məzun olmayıb:

“Məktəblilər taksi fəaliyyəti göstərən həmin nəqliyyat vasitələrində sərnişin qismində olublar və hadisə zamanı xəsarət alan olmayıb. Nəqliyyat vasitələrindən birinin sürücüsü ötmə qaydalarını pozduğuna görə, barəsində qanunvericiliyin tələbinə uyğun tədbir görülüb”.