1 yaşlı körpə binadan YIXILDI

1 yaşlı körpə binadan YIXILDI

Sumqayıtda bədbəxt hadisə baş verib.

NOCOMMENT.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 12-ci mikrorayonunda qeydə alınıb.

Belə ki, yaşayış binalarından birinin ikinci mərtəbəsindən yıxılan 2021-ci il təvəllüdlü Yusif Şükürlü ağır xəsarət alıb. Körpə aldığı xəsarətlərdən həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.