Səlim Müslümov  7 milyon manata yaxın ziyanı ödədi

Səlim Müslümov 7 milyon manata yaxın ziyanı ödədi

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə dövlətə 13 milyon manatdan artıq ziyan dəyib.

NOCOMMENT xəbər verir ki, sabiq nazir həmin məbləğin 6 milyon 974 min manatını ödəyib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iş üzrə zərərçəkmiş qismində tanınmış Maliyyə Nazirliyinin nümayəndəsi qalan məbləğin də ödənilməsini istəyib (apa).