ABB ilə “ZZ Procurement” arasında borc qalmaqalı

ABB ilə “ZZ Procurement” arasında borc qalmaqalı

Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə “ZZ Procurement” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında kredit borcuna mübahisə yaranıb.

NOCOMMENT.az valyuta.az-a istinadən xəbər verir ki, bu mübahisədən dolayı ABB məhkəməyə müraciət edib.

İşə Bakı Kommersiya Məhkəməsində hakim Zaur Pirverdiyevin sədrliyi ilə baxılacaq.

“ZZ Procurement” QSC 10 yanvar 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 AZN olan şirkətin qanuni təmsilçisi Əlizadə Samir Sahib oğludur. “ZZ Procurement” QSC boru istehsalı ilə məşğuldur.