ABŞ-nin ölkəmizdəki səfirliyinin sifarişi əsasında Şamaxı şəhərində Yuxarı Xınıslı kəndində kotteclərin tikilməsi, təmiri və abadlıq işləri həyata keçirilir.
NOCOMMENT.az yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə məlumat tikinti işlərini həyata keçirən “Kənan İnşaat və Ticarət” MMC-dən (VÖEN – 9900070881) verilib.
Şirkətin açıqladığı məlumatda qeyd olunur ki, ABŞ səfirliyi ilə müqavilə 3 fevral 2023-cü il tarixində imzalanıb və tikinti-təmir işləri hazırda davam etməkdədir.
Kotteclərin hansı məqsədlə tikilməsinə aydınlıq gətirmək üçün ABŞ-nin ölkəmizdəki səfirliyinə sorğu ünvanlanıb. Lakin hələ ki, sullarımıza cavab verilməyib.












