ABŞ Ukraynaya NATO-nun Nizamnaməsinin beşinci maddəsinə uyğun təhlükəsizlik zəmanətləri təklif edib, lakin bu öhdəliklərin müddəti məhdud olacaq.
NOCMMENT.az xəbər verir ki, bu barədə “Politico”ya danışan amerikalı rəsmilər məlumat veriblər.
Onların sözlərinə görə, Vaşinqton 25 dekabr katolik Miladına qədər sülh sazişinin imzalanmasına nail olmağı planlaşdırır.
Daha əvvəl “The Wall Street Journal” yazmışdı ki, bu təkliflər Ukrayna tərəfinə Berlin danışıqları zamanı təqdim olunub.
“Politico” qeyd edir ki, müvəqqəti təhlükəsizlik zəmanətləri ideyası Prezident Vladimir Zelenski və bəzi Avropa liderlərinin müharibədən sonra Ukraynanın müdafiəsiz qalacağı ilə bağlı narahatlığını azaltmaq və Kiyevi daha çevik qərarlar verməyə təşviq etmək məqsədi daşıyır.










