Aeroport yolunda 210 km/saat sürətlə hərəkət edərək ölüm saçdı – VİDEO

Aeroport yolunda 210 km/saat sürətlə hərəkət edərək ölüm saçdı – VİDEO

Sosial şəbəkələrdə avtoxuliqanlıq edən şəxslərin görüntüləri günü-gündən artır.

Xüsusən gecələr ölümə “meydan” oxuyanlar digərlərinin də həyatını təhlükəyə atırlar. Magistral yollarda canavara çevrilənlər gün ərzində ən azı bir nəfərin ölümünə səbəb olurlar.

NOCOMMENT oxu.az-a istinadən xəbər verir ki, belə görüntülərdən biri də dünən aeroport yolunda qeydə alınıb. Avtomobili idarə edən şəxs yolda ziqzaq hərəkətlər edərək digər maşınlar üçün də təhlükə yaradıb. O, “Mercedes-Benz” markalı avtomobillə yolda 210 km/saat sürətlə hərəkət edib.

Həmin görüntüləri təqdim edirik: