Ağalı kəndində bədbəxt hadisə baş verib

Ağalı kəndində bədbəxt hadisə baş verib

Zəngilanın işğaldan azad olunmuş Ağalı kəndində əhalinin məskunlaşdırılması zamanı bədbəxt hadisə baş verib.

NOCOMMENT qazet.az-a istinadən xəbər verir ki, köç prosesi zamanı Kübarə Sultanova adlı qadın 29 il sonra doğma yurda dönməyin həyəcanına tab gətirməyərək, ürəktutmasından vəfat edib.

K.Sultanovanın 57 yaşı olub. O, doğma kəndində torpağa tapşırılıb.