Ağstafada ağır qəza: ölənlərin sayı 3-ə çatdı

Ağstafada ağır qəza: ölənlərin sayı 3-ə çatdı

Gəncə-Qazax avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb.

Hadisə yerinə Təcili Tibbi Yardım maşınları və Dövlət Yol Polisi əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırmalara başlanılıb.