Təzəpir məscidində Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə QMİ-nin Qazılar Şurasının üzvü Hacı Şahin Həsənlinin anım mərasimi keçirilib.
NOCOMMENT.az xəbər verir ki, mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, sədrin birinci müavini, müfti Salman Musayev, mərhumun ailə üzvləri, Azərbaycanın müxtəlif regionlarından olan din xadimləri və alimlər iştirak ediblər.
Tədbirdə mərhumun ruhuna Qurani-Kərim oxunub, dualar edilib, ehsan verilib.















